Qadın xəstəlikləri və Doğum şöbəsi

ÜMUMI MƏLUMAT

Mama-Ginekologiya Şöbəsində, həmçinin, hamiləlik öncəsi və hamiləlik zamanı genetik xəstəliklərin araşdırılması aparılır. Dölün ürək döyüntüsünün təqibi, dölün doppleroqrafiyası və bətn daxili ürək exo-kardioqrafiyası kimi xidmətlər mütəxəssis həkimlərimiz tərəfindən aparılır. Nəticədə anadangəlmə ürək qüsurlarının dölün ana bətnində olarkən erkən aşkarlanması mümkündür.

Xidmətlər

  1. Uşaqlıqda aparılan əməliyyatlar (total abdominal histerektomiya, vaginal histerektomiya, radikal histerektomiya, miomektomiya və s.)

  2. Uşaqlıq boynunun kolposkopik müayinəsi (xərçəngönü patalogiyaların profilaktikası üçün əvəzedilməz üsul)

  3. Uşaqlıq boynu eroziyalarının və itiuclu kondilomalarının lazerlə koaqulyasiyası, LEEP əməliyyatı

  4. Vulva, vaginada və uşaqlıq boynunda aparılan əməliyyatlar (plastik əməliyyatlar)

  5. Histeroskopik əməliyyatlar (bütün növ diaqnostik və cərrahi histeroskopik əməliyyatlar)

  6. Antenatal qulluq ( hamiləliyin doğuşa qədər təbiqi , riskli hamiləliyin təbiqi)

  7. PAP - smear

  8. HPV - genotip

  9. Sonsuzluq , aşılama proseduru

  10. Uşaqlıq artımlarında aparılan əməliyyatlar, Laparoskopik əməliyyatlar (yumurtalıqlardan törəmə və kistlərin çıxardılması, tubektomiya, laparoskopik histerektomiya və bütün növ laparoskopik əməliyyatlar)

Bizimlə əlaqəyə keçin